Hindistan-Pakistan danışıqları yalnız hərbi xarakterli olacaq
Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq; siyasi təmaslar olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Biz əvvəldən belə bir fikirdəyik ki, Hindistan və Pakistan arasında baş tutacaq yeganə danışıqlar hərbi komandirlər arasında olacaq və birbaşa siyasi danışıqlar olmayacaq”, - deyə mənbələr bildiriblər.
Onlar qeyd ediblər ki, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və onların pakistanlı həmkarları arasında heç bir əlaqə yoxdur.
Bundan əlavə, rəsmi Yeni Dehli hesab edir ki, Kəşmir məsələsində Pakistanın “qanunsuz olaraq işğal etdiyi” ərazilərin Hindistana qaytarılmasından başqa İslamabadla müzakirə ediləcək heç nə yoxdur və bu mövzuda müzakirələr birbaşa aparılmalıdır.
Qəzetin mənbələri onu da xatırladıblar ki, Pahalqamda terror aktından sonra qəbul edilmiş Hind Suları Müqaviləsinin dayandırılması barədə qərar qüvvədə qalır.
Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda 25 Hindistan və 1 Nepal vətəndaşının ölümünə səbəb olan terror hücumundan sonra pisləşib.
Hindistan, Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin “Laşkar-e-Tayba” qruplaşması tərəfindən həyata keçirilən hücumda əli olduğuna dair sübutlara malik olduğunu bildirib.
Yeni Dehli və İslamabad qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb.
25 dəfə oxundu