İsrail İrana qarşı əməliyyatını genişləndirdiyini açıqladı

İsrail İrana qarşı əməliyyatını genişləndirdiyini açıqladı
İsrail ordusu İranda nüvə proqramına qarşı keçirdiyi əməliyyatı genişləndirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin baş nazirin aparatının müşaviri Dmitri Gendelman məlumat verib.
Gendelmanın sözlərinə görə, zərbələr ballistik raket buraxılış qurğuları, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla onlarla əsas obyektlərə endirilir. O qeyd edib ki, bu, dəqiq kəşfiyyat əsasında edilir.
“İsrail açıq şəkildə bizim məhvimizi tələb edən rejimin kütləvi qırğın silahları yaratmağa yaxınlaşmasına imkan verməyəcək”, - Gendelman deyib.
Bu xəbərdən qısa müddət sonra “Mehr” agentliyi İranın şimal-qərbində Təbrizdə güclü partlayışlar olduğunu bildirib. “Azadlıq” radiosunun məlumatına görə, İsrail təyyarələri çox güman ki, oradakı neft emalı zavoduna, eləcə də hərbi bazaya hücum edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İran ərazisinə hücuma başlayıb. Nəticədə İranın bir neçə yüksək rütbəli hərbçisi, həmçinin nüvə tədqiqatlarında iştirak edən alimlər həlak olub. Ümumilikdə, İran hakimiyyətinin məlumatına görə, İsrailin hücumları nəticəsində mülki şəxslər də daxil olmaqla 78 nəfər ölüb, 320-dən çox insan yaralanıb. İran iyunun 13-də axşam saatlarında İsraili atəşə tutaraq cavab verib. KİV-in məlumatına görə, nəticədə 4 nəfər ölüb, 70-dən çox insan yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...