KİV: Zelenski ərazilərin proporsional mübadiləsini güman edir
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsinin mümkünlüyünü istisna etməyib.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Bununla yanaşı, Ukrayna lideri ölkəsinin konstitusiya baryerlərinə də işarə edib. O, əhalinin köçürülməsi zərurəti və qanuni məhdudiyyətlər səbəbindən belə planların həyata keçirilməsinin çətinliyini də vurğulayıb.
"Zelenski proporsional mübadilələri nəzərdən keçirə biləcəyini söylədi", - nəşr qeyd edib.
Xatırladaq ki, Ağ Ev daha əvvəl Tramp və Zelenski arasında Avropa liderləri ilə danışıqlara ev sahibliyi edib. Tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı bir sıra məsələləri, o cümlədən Kiyevə təhlükəsizlik zəmanətinin verilməsini, Ukrayna və Rusiya Federasiyası liderlərinin görüşünü və digər məsələləri müzakirə ediblər.
Müzakirələrdən sonra Zelenski bildirib ki, ərazilər məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.
43 dəfə oxundu