Rusiya PUA-ları NATO-nun hava məkanına girdi – Polşada nə baş verir?
“Rusiya Federasiyasının Ukrayna ərazisinə hücumu nəticəsində dron tipli obyektlər tərəfindən Polşanın hava məkanının görünməmiş şəkildə pozulması baş verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşa ordusunun əməliyyat komandanlığının yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, Polşa hava məkanına daxil olan pilotsuz təyyarələr Polşa vətəndaşlarının təhlükəsizliyinə real təhlükə yaradır.
“Pilotsuz uçuş aparatları hava məkanına daxil olanda vurulub və hazırda PUA-ların potensial qəza yerlərinin tapılması istiqamətində işlər aparılır.
Polşa və müttəfiq qüvvələri gələcək əməliyyatlar üçün tam hazır vəziyyətdədirlər”, - bəyanatda deyilir.
Polşanın Baş naziri Donald Tusk NATO-nun baş katibi Mark Rutte-ni vəziyyət və Polşanın hava məkanımızı pozan obyektlərə qarşı görülən tədbirlər haqqında məlumatlandırıb.
Qeyd edək ki, Polşa ABŞ və bir çox Avropa dövlətlərini kollektiv müdafiədə birləşdirən NATO təhlükəsizlik alyansının üzvüdür. NATO-nun Polşadakı əməliyyatına ABŞ ordusu rəhbərlik edir. Rusiyanın NATO hava məkanına müdaxiləsi Kiyevə kütləvi hücumlardan bir neçə gün sonraya təsadüf edir.
46 dəfə oxundu