Tramp Ukraynaya hansı şərtlərlə “Tomahawk” raketlərini verəcəyini açıqlayıb

Tramp Ukraynaya hansı şərtlərlə “Tomahawk” raketlərini verəcəyini açıqlayıbDonald Tramp ABŞ-ın hansı şərtlərlə Ukraynanı “Tomahawk” raketləri ilə təmin edə biləcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp Ukraynadakı münaqişə həll olunmazsa, Moskvaya ABŞ-ın Kiyevi “Tomahawk” raketləri ilə təmin edə biləcəyini söyləyəcək.

“Mən deyə bilərəm ki, “Bax, əgər bu müharibəni həll etmək mümkün olmasa, mən onlara “Tomahawk” raketləri göndərəcəm”, – o bildirib.

O həmçinin Vladimir Putinlə Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü məsələsini müzakirə edə biləcəyini də bildirib.

“Mən onunla [Putin – red.] danışa bilərəm”, – Tramp əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...