Pakistan–Əfqanıstan sərhədində yeni silahlı toqquşma baş verib

Pakistan–Əfqanıstan sərhədində yeni silahlı toqquşma baş veribPakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, 14 oktyabr axşamı “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar.

Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib.

Toqquşmalar zamanı “Fitna əl-Həvaric” qruplaşmasının yüksək vəzifəli komandirlərindən biri zərərsizləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
16 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...