Monqolustandan gətirilən ətlərə etibar etmək olar? - AİB sədri cavab verdi
"Monqolustandan Azərbaycana gətirilən mal ətlərinin təhlükəsizliyi tam təmin olunub”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, dondurulmuş ətlərə Azərbaycan istehlakçıları tələbat yaratmır.
Eyyub Hüseynovun fikirincə, Monqolustan ətləri sanitar-gigiyenik qaydalara uyğundur:
"İran Monqolustan ətlərini Azərbaycandan dəfələrlə çox alır. İstehlakçılar Monqolustan ətlərinə etibar edə bilərlər”.
Sədr ətin keyfiyyətsiz olması ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət daxil olmadığını vurğulayıb.
"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb".
Bu sözləri isə bir qədər əvvəl Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib.
Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:
"Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur".
28 dəfə oxundu











