Ukrayna Rusiyada “Lukoyl”un neft emalı zavodunu dronlarla vurdu

Ukrayna Rusiyada “Lukoyl”un neft emalı zavodunu dronlarla vurduRusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoyl” - Volqoqradneftepererabotka” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.

Gundem.info.az xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov zavoda pilotsuz təyyarənin hücumunu təsdiqləyib.

“Volqoqradın bir sıra rayonlarında yaşayış binalarının və nəqliyyat vasitələrinin şüşələrinin zədələnməsi qeydə alınıb. Krasnoarmeyski rayonundakı sənaye zonasında yanğın baş verib”, – Boçarov bildirib.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki, Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raket Volqoqradda hündürmərtəbəli binaya düşüb. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...