Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayır

Aİ Belarusa qarşı yeni sanksiyalar hazırlayırAvropa Komissiyası Litvanın “hibrid hücumlarda” ittiham etdiyi Belarusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Lyayen Litva Prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, Litva–Belarus sərhədində vəziyyət “pisləşir” və qaçaqmalçıların idarə etdikləri hava şarlarının Litvanın hava məkanına “dəfələrlə daxil olması” narahatlıq doğurur.

“Biz sanksiya rejimimiz çərçivəsində yeni tədbirlər hazırlayırıq”, – Fon der Lyayen bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...