İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Həmin qrup Misiri ona görə hədəf alıb ki, bu dövlət İsraildən qaz alışına dair saziş imzalayıb, Azərbaycan Dövlət Neft Şirkətini isə İsrailə neft satmaqda ittiham edirlər.
Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərilərində radikalizmə meyillənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi.
Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər”, - o bildirib.
2 dəfə oxundu











