Ötən il azərbaycanlılar Türkiyədə 113, ermənilər isə 1 şirkət təsis ediblər
Yeniavaz.com Türkiyənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 492,7 milyon lirə (11,5 milyon dollar) olub və bu məbləğin 97%-ni (478 milyon lirə) Azərbaycan sərmayəsi təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 21-i səhmdar cəmiyyət (anonim şirkət), 92-si isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan vətəndaşları ötən ilin yanvar–noyabr aylarında Türkiyədə ən çox şirkət açan əcnəbilərin sırasında 4-cü olublar. Yalnız İran, Çin və Almaniya sərmayəli şirkətlər Azərbaycandan çox olub.
Onu da bildirək ki, ötən il Ermənistan sərmayəsi ilə Türkiyədə 1 şirkət qurulub. Şirkətin 500 min lirə dəyərindəki nizamnamə kapitalı tamamilə Ermənistan vətəndaşına məxsus olub.
38 dəfə oxundu












