Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
O vurğulayıb ki, Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və bu ölkələrin Alyansa münasibəti şübhəlidir.
“Əgər mənim müdaxiləm olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı. Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və şübhə edirəm ki, NATO-ya həqiqətən ehtiyacımız olsaydı, bizi dəstəkləyərdi”, – Tramp paylaşımında bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə onun tərəfindən yenidən qurulmuş ABŞ-dır.
“Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə Donald Tramp tərəfindən yenidən qurulmuş ABŞ-dır”, – o vurğulayıb.
Tramp, həmçinin Nobel Sülh Mükafatı məsələsinə toxunaraq, NATO üzvü olan Norveçin ona bu mükafatı verməməyi seçdiyini bildirib.
“NATO üzvü Norveç axmaqcasına mənə Nobel Sülh Mükafatını verməməyi seçdi, amma bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan milyonlarla insanın həyatını xilas etməyimdir”, – Tramp qeyd edib.
22 dəfə oxundu














