Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıbBöyük Britaniya ABŞ-ın mümkün zərbəsi ilə bağlı narahatlıqlar fonunda İrandakı səfirliyini təxliyə edib.

APA xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra çərşənbə günü Britaniyanın Tehrandakı səfiri və bütün konsulluq əməkdaşları səfirlik binasını tərk ediblər.

Xarici İşlər Nazirliyi bağlanmanın müvəqqəti xarakter daşıdığını bildirib.

Mümkün hərbi əməliyyatlar ərəfəsində britaniyalı hərbçilər ABŞ hərbçiləri ilə birlikdə Qətərdə yerləşən ABŞ-ın idarə etdiyi Əl-Udeyd aviabazasından da çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...