Türkiyə-Ermənistan sərhədi bu həftə açılacaq – Keçid məntəqəsi tam hazırdır
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan rəsmiləri Marqara sərhəd-keçid məntəqəsində aparılan yoxlamalar zamanı bildirib ki, gömrük və sərhəd prosedurlarını həyata keçirəcək personal artıq müəyyənləşdirilib və sərhəd açılan kimi fəaliyyətə başlayacaq. Qeyd olunur ki, sərhədin açılması üçüncü ölkə və diplomatik pasport sahiblərinə şamil olunacaq.
Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə açıqlamasında yalnız onu bildirib ki, Türkiyə tərəfi sərhədin öz hissəsində – Alican keçid məntəqəsində bərpa işləri aparır.
Ekspertlər vurğulayır ki, sərhədin açılması Ermənistan–Türkiyə münasibətlərində normallaşma prosesinin davamı kimi qiymətləndirilir və regional strateji maraqlar baxımından da əhəmiyyətlidir. Eyni zamanda, Ermənistan–Azərbaycan–Türkiyə üçtərəfli münasibətlərinə də təsir göstərə biləcək mühüm addımdır.
16 dəfə oxundu











