Ərdoğanın BƏƏ səfəri təxirə salınıb

Ərdoğanın BƏƏ səfəri təxirə salınıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri təxirə salınıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın səhhətində yaranmış problem səbəbindən təxirə salınıb.

Qeyd olunub ki, səfər ən uyğun vaxtda müəyyən ediləcək başqa bir tarixdə həyata keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...