ABŞ-dan İrana yeni təhdid: Hücum üçün bir çox səbəb var!

ABŞ-dan İrana yeni təhdid:  İran və ABŞ arasında Cenevrə danışıqlarından sonra bölgədə gərginlik yüksək olaraq qalır. Son 48 saat ərzində Avropa və Yaxın Şərqdəki ABŞ bazalarına çoxsaylı qırıcı təyyarələrin və əlaqəli avadanlıqların yerləşdirilməsi müharibə ehtimalını artırıb. Ən son olaraq Ağ Ev İrana zərbə endirmək üçün kifayət qədər səbəb olduğunu bildirib,

İranla ABŞ arasındakı gərginlik artmaqda davam edir. ABŞ son 48 saat ərzində Avropa və Yaxın Şərqdəki bazalarına çoxsaylı qırıcı təyyarələr və əlaqəli avadanlıqlar yerləşdirib .

Qeyd edək ki, ABŞ dünən Cenevrədə İranla danışıqlardan dərhal sonra Yaxın Şərqə silah göndərməyə davam edib.

Açıq mənbəli kəşfiyyat məlumatlarını izləyən və təhlil edən bəzi sosial media hesablarından əldə edilən məlumata görə, ABŞ-ın bu yaxınlarda Yaxın Şərqə göndərdiyi döyüş təyyarələri və digər avadanlıqlar, 2025-ci ilin iyun ayında İrana planlaşdırılan hücum zamanı istifadə edilənlərlə eyni görünür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...