Ramazana görə məhbusların hamısını əfv etdi

Ramazana görə məhbusların hamısını əfv etdiSuriyada Ramazan ayının ilk günündə genişmiqyaslı amnistiya qərarı verilib. Ölkə başçısı Əhməd Şara imzaladığı fərmanla bir çox məhbusun cəzasını yüngülləşdirib.

Demokrat.az xəbər verir ki, yeni qərara əsasən ömürlük həbs cəzası alanların müddəti 20 ilə endirilib. Digər ağır həbs cəzalarının isə yarısı kəsilib. Bəzi inzibati xətalar və yüngül cinayətlərə görə verilən cəzalar isə tamamilə ləğv edilib.

Amnistiya qaçaqmalçılıq, valyuta əməliyyatları və müəyyən kiber cinayətləri də əhatə edir. Silah və sursat saxlamağa görə məhkum edilənlər üç ay ərzində həmin silahları təhvil versələr, azadlığa qovuşacaqlar. İnsan qaçıranlar üçün də bənzər şərt qoyulub. Belə ki, zərərçəkmiş şəxs könüllü və qarşılıqsız azad edilərsə, cinayətkar bu amnistiyadan yararlana biləcək.

Sənəddə ağır xəstəliyi olanlar və yaşlı məhbuslar üçün də xüsusi bəndlər yer alıb. Tibbi komissiyanın rəyi ilə həmin şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

Lakin işgəncə, insan alveri və xalqa qarşı törədilən ağır cinayətlər bu siyahıya daxil deyil. Bu tip ağır əməlləri törədənlər üçün amnistiya tətbiq olunmayacaq. Ərəb ölkələrində dövlət başçılarının Ramazan ayında bu cür humanist addımlar atması ənənəvi xarakter daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...