Məişət zədəsi alan Litva Prezidenti əməliyyat olunub

Məişət zədəsi alan Litva Prezidenti əməliyyat olunubLitva Prezidenti Gitanas Nauseda xəsarət aldığı üçün əməliyyat olunub.

"Report"un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

Nauseda evdə olarkən məişət xəsarəti alıb. Bildirilib ki, onun sol biləyi zədələnib.

"Prezidentə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb", – deyə məlumatda qeyd olunub. Həkimlər əməliyyat aparıblar, lakin onun xarakteri açıqlanmayıb.

"Prezident gecəni xəstəxanada keçirəcək", – mətbuat xidməti əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...