Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək

Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcəkErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etmək üçün heç bir addım atmayacaq.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alan çoxtərəfli əməkdaşlıq məsələlərini təqdim edərkən danışıb.

“Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki proqramımızda da təsbit olunub”, — Baş nazir qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...