Tehranın hava limanları fəaliyyətini bərpa edib

Tehranın hava limanları fəaliyyətini bərpa edibİranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanında sərnişin reyslərinin bərpa olunduğunu açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, qurumun yaydığı bildirişdə qeyd olunub ki, aparılan koordinasiya işlərindən sonra hər iki hava limanında uçuşların həyata keçirilməsinə icazə verilib.

Eyni zamanda, bildirilib ki, Urmiya, Kirmanşah, Abadan, Şiraz, Kirman, Rəşt, Yəzd, Zəhedan, Gorgan və Birjənd hava limanlarında sərnişin reyslərinin icrası 25 aprel tarixindən etibarən mümkün olacaq.

Qeyd edək ki, İranda bütün uçuşlar fevralın 28-də başlayan müharibədən sonra dayandırılıb. Müharibənin başlanmasından 52 gün keçdikdən sonra uçuşların mərhələli şəkildə bərpası nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...