Almaniyada enerji istehsalında inqilabi addım: İlk termonüvə reaktoru işə salınacaq

Almaniyada enerji istehsalında inqilabi addım: İlk termonüvə reaktoru işə salınacaq"Almaniya hökuməti ilk termonüvə reaktorunu işə salmağı planlaşdırır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts Hannover Sənaye Sərgisinə ziyarəti zamanı jurnalistlərə bildirib.

"Bu, enerji istehsalı və ölkəmizin enerji təchizatı sahəsində inqilab olacaq. Bu, böyük sıçrayışdır" , - deyə o vurğulayıb.

Daha əvvəl Almaniyanın Bavariya bölgəsinin Baş naziri Markus Söder regionda kiçik modul tipli nüvə reaktorunun tikintisi layihəsinə başlamaq planlarını açıqlamış və termonüvə sintezi texnologiyasından istifadənin zəruriliyini qeyd etmişdi. Onun fikrincə, nüvə tullantıları yanacaq kimi istifadə edilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...