10 nəfəri öldürən İsanın anası da həbs edildi

10 nəfəri öldürən İsanın anası da həbs edildiKahramanmaraşda baş verən və 10 nəfərin ölümü ilə nəticələnən məktəb hücumu ilə bağlı istintaq genişləndirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisəni törədən 14 yaşlı İsa Aras Mersinlinin anası Pınar Peyman Mersinli “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə həbs edilib.

Bildirilib ki, ana bu gün (dünən - red.) məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı daha əvvəl atası, polis baş müfəttişi Uğur Mersinli də saxlanılmışdı.

Qeyd edək ki, hadisə Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbində baş verib. 14 yaşlı İsa Aras Mersinli atasına məxsus silahla məktəbə daxil olaraq şagird və müəllimlərə atəş açıb.

Hücum nəticəsində riyaziyyat müəllimi Ayla Kara da daxil olmaqla, ümumilikdə 10 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...