Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski

Dəqiq zərbələr endiririk, rusların raketi tükənib -  Ukraynanın dəqiq zərbələri nəticəsində Rusiyanın hava hücumundan müdafiəsi raket çatışmazlığı səbəbindən PUA-ların hücumunu dəf etmək qabiliyyətini itirir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, düşmən (Rusiya – red.) demək olar ki, bütün ərazilərdə hücumu gücləndirib, lakin Ukrayna qüvvələri yeniliklər sayəsində təzyiqləri saxlayır:

"Ukrayna qüvvələri balanslaşdırılmış planlaşdırmaya, innovativ həllərə və mövcud silahlardan səmərəli istifadəyə arxalanır".

O, Rusiya ərazisindəki strateji hədəflərə hücumların effektivliyi barədə də danışıb:

"Bu, Rusiyanın hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinə gətirib çıxarır.

Rusiya sənaye obyektlərinin sistemli şəkildə məhv edilməsi Ukraynanın pilotsuz uçuş sistemlərinə qarşı mübarizə aparmaq üçün artıq raket çatışmazlığı yaşayan düşmənin hava hücumundan müdafiə imkanlarını daha da zəiflədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...