Zelenski: Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir

Zelenski: Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirirUkrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini bildirib.

"RBK-Ukrayna"nın məlumatına görə, Zelenski bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb.

Prezident qeyd edib ki, Kiyev Çerniqov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır.

Onun sözlərinə görə, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...