232 milyon dollarlıq sərvətini dövlət müsadirə etdi

232 milyon dollarlıq sərvətini dövlət müsadirə etdi
İtaliyada 2023-cü ildə ölən mafya lideri Matteo Messina Denaronun narkotik qaçaqmalçılığından əldə etdiyi 232 milyon dollarlıq əmlak dövlət tərəfindən müsadirə olunub.

Qaynarinfo-nun məlumatına görə, İtaliya maliyyə polisi bildirib ki, 30 il boyunca qaçqın həyatı yaşayan və 2023-cü ildə həbs edilən "Cosa Nostra" mafiyasının rəhbərinin nəhəng sərvəti 1980-ci illərdən etibarən toplanıb. Məlumata görə, vəsaitlər müxtəlif ölkələrdəki bank hesablarında saxlanılıb.

Polis Andorra, Kayman adaları, Cəbəllütariq, Livan, Lüksemburq, Monako, İspaniya və İsveçrə də daxil olmaqla bir sıra ölkələrdə, həmçinin İtaliyada yerləşən aktivlərin dondurulduğunu açıqlayıb.

Açıqlamada qeyd olunub ki, narkotikdən əldə edilən gəlirlər İspaniyanın Kosta-del-Sol bölgəsindəki lüks istirahət obyektləri, bank hesabları, qiymətli kağız portfelləri və korporativ holdinq şirkətləri vasitəsilə qanuni iqtisadiyyata daxil edilib.

Siciliyanın Kastelvetrano klanının rəhbəri olan və altı dəfə ömürlük həbs cəzasına məhkum edilmiş Matteo Messina Denaro həbsindən bir neçə ay sonra 61 yaşında həbsxanada həyatını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...