Tramp varisini seçir: İki namizəd var - Kim daha şanslıdır?

Tramp varisini seçir:  ABŞ Prezidenti Donald Tramp hələ 2028-ci ildən sonra onun siyasi kursunu kimin davam etdirəcəyi ilə bağlı yekun qərar verməyib.

Qaynarinfo xəbər verir ki, "The New York Times” nəşrinin məlumatına görə, Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində onun siyasi xəttini davam etdirmək qabiliyyətinə dair əvvəlki qədər əmin deyil. Nəşr bu barədə məlumatlı mənbələrə istinadla yazır.

Jurnalistlərin məlumatına görə, Tramp müşavirləri və müttəfiqləri ilə şəxsi söhbətlərində mütəmadi olaraq Vensin siyasi gələcəyini müzakirə edir. Mənbələrin sözlərinə görə, ABŞ prezidenti tez-tez Vensin 2028-ci il seçki yarışını uğurla başa vura bilib-bilməyəcəyi barədə sual verir və çox vaxt buna özü şübhə ilə yanaşır.

Məqalədə bildirilir ki, Tramp ictimai dəstək nümayiş etdirməsinə baxmayaraq, vitse-prezidentin sədaqətini və siyasi dayanıqlığını fəal şəkildə sınaqdan keçirir. O, Vensi mühüm qərarların qəbuluna cəlb edir və ona ictimaiyyət qarşısında mühüm rollar verir ki, bu da onun MAGA hərəkatının potensial davamçısı kimi mövqeyini gücləndirə bilər.

Bununla yanaşı, ABŞ prezidenti bəzən vitse-prezidentin iş üslubu, qərarları və hətta ictimai davranışındakı kiçik məqamlarla bağlı tənqidi fikirlər də səsləndirir.

"The New York Times” qeyd edir ki, Tramp Vensi digər potensial siyasi varislərlə, xüsusilə də əsas iki namizəddən biri olan ABŞ dövlət katibi Marko Rubio ilə müqayisə edir. Şəxsi görüşlərdə o, qonaqlar və müttəfiqlər arasında qeyri-rəsmi "sədaqət sorğuları” keçirərək onların hansı namizədi daha güclü hesab etdiklərini öyrənməyə çalışır.

Bununla belə, müəlliflər vurğulayırlar ki, tənqidlərə və daxili fikir ayrılıqlarına baxmayaraq, Cey Di Vens MAGA hərəkatının tərəfdarları arasında güclü dəstəyə malikdir və 2028-ci il Respublikaçılar Partiyası namizədliyi uğrunda əsas iddiaçılardan biri olaraq qalır.

Lakin onun Trampın dəstəyindən asılılığı və Respublikaçılar Partiyasının müxtəlif qrupları arasında tarazlığı qorumaq zərurəti siyasi perspektivlərini qeyri-sabit edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...