Kadırovun oğluna müharibədə iştirakına görə medal verildi
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirin müavini və regionun milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev özünün Telegram kanalında bildirib.
“Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi və əziz qardaşım Adam Kadırovu “Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik edirəm. Rusiya Milli Qvardiyasının Xüsusi Təyinatlı Qüvvələr Mərkəzinin rəisi general-mayor Pavel Kozayev tərəfindən təqdim edilən bu nüfuzlu mükafat, Adam Kadırovun Xüsusi Hərbi Əməliyyatların təhlükəsizliyinin və dəstəyinin təmin edilməsindəki töhfəsinin layiqincə qiymətləndirilməsidir”, - deyə o yazıb.
Qeyd edək ki, A. Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun oğludur.
10 dəfə oxundu














