Ukrayna rusların illərdir silah topladığı anbarları məhv edir

Ukrayna rusların illərdir silah topladığı anbarları məhv edirUkrayna PUA-ları işğal olunmuş Baxmutda Rusiyaya məxsus silah anbarlarını və texnikalarını metodik şəkildə məhv edir.

Axar.az xəbər verir ki, bu barədə 56-cı Mariupol motoatıcı briqadasının mətbuat katibi Olqa Kosenko deyib.

Onun sözlərinə görə, ruslar şəhərin cəbhə xəttindən kifayət qədər uzaqda yerləşdiyinə arxayn olaraq, illərdir Baxmutda silah yığıblar:

"Bununla belə, Ukraynanın PUA operatorları davamlı hava kəşfiyyatı aparır və hətta PUA-lara qarşı torların altında da böyük anbarlar tapırlar. Ancaq düşmən həmişə uğur qazanmır, çünki pilotlar boşluqlar tapır və bu böyük texnikaları vurur".

Kosenko bildirib ki, hücumlar təkcə anbarları hədəf almır:

"Döyüş bölgəsində hərəkət etmək üçün kiçik rus piyada dəstələrinin istifadə etdiyi yük maşınları, motosikletlər və kvadrosikllər də onların diqqət mərkəzindədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...