Avstraliya F-35 hissələrinin səhvən Honq-Konqa göndərildiyini təsdiqləyib

Avstraliya F-35 hissələrinin səhvən Honq-Konqa göndərildiyini təsdiqləyibAvstraliyanın müdafiə naziri Riçard Marls ölkəsindən ABŞ-a göndərilən F-35 qırıcılarına aid bəzi hissələrin səhvən Honq-Konqa yönləndirildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Marls bildirib ki, Avstraliya ABŞ və F-35 proqramının əsas podratçısı “Lockheed Martin”lə birlikdə hadisəni araşdırır. Onun sözlərinə görə, ilkin məlumata əsasən, itkin düşən hissələr texnoloji baxımdan “həssas” avadanlıq və ya komponentlər deyil.

Məlumata görə, F-35 hissələrindən ibarət yük bu ilin əvvəlində Avstraliyadan ABŞ-a təmir məqsədilə göndərilib, lakin gözlənilmədən Honq-Konqa çatıb.

“Politico”nun məlumatına əsasən, yükün tərkibində radar şüalarını əks etdirməyən texnologiyaya malik təyyarə kabin örtüyü də olub.

Qeyd edək ki, Avstraliyanın 72 F-35 qırıcısı var və ölkə F-35 proqramı çərçivəsində ehtiyat hissələrinin ümumi hovuzunu paylaşan ölkələrdən biridir.

Hadisənin necə baş verdiyi və hissələrin Honq-Konqa hansı mərhələdə yönləndirildiyi hazırda araşdırılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...