Güclü külək Göyçayda fəsadlar törətdi

Güclü külək Göyçayda fəsadlar törətdiGöyçay şəhərində gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

GUNDEMİNFO Report istinadən xəbər verir ki, küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində iri və xırda gövdəli ağaclar aşıb.

Ağacların aşması ilə bağlı daxil olan məlumatlardan sonra Göyçay Şəhər Təsərrüfat Birliyinin yaşıllaşdırma sahəsinin əməkdaşları ərazilərə cəlb olunublar. Aşmış ağacların doğranaraq ərazidən götürülməsi, eləcə də küçə və keçidlərdə yaranmış maneələrin aradan qaldırılması istiqamətində işlər görülüb.

Güclü külək şəhərin elektrik təsərrüfatına da təsir edib. Belə ki, müxtəlif ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...