Tiflisdə tramvay xətti bərpa edilir

Tiflisdə tramvay xətti bərpa edilirGürcüstanın paytaxtı Tiflisdə tramvay xətti yenidən bərpa olunur.

"Bakupost" xəbər verir ki, bu barədə Tiflis meriyası məlumat yayıb.

Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.

Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.

Layihə başa çatdıqdan sonra tramvay xətti Tiflisin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...