Masazırda küçə və evləri su basır, baxan yoxdur - VİDEO
![Masazırda küçə və evləri su basır, baxan yoxdur - Masazırda küçə və evləri su basır, baxan yoxdur -](/uploads/posts/2024-12/1734938378_mmmm51.jpg)
Mia.az xəbər verir ki, yeni idarədə gərginlik yaradan və traybalizmə söykənən kadr siyasətinin mürəkkəbi qurumamış növbəti ittihamlar səslənib.
Belə ki, son vaxtlar Abşeronin Xırdalan şəhəri ilə Masazır kəndi ərazisindəki kanalzasiya xətlərinin işlək olmaması və yaxud ümumiyyətlə olmaması yeni fəlakətlərə yol açıb: "Artıq yağan yağışlar küçələrdə axmaz çay, göl yaradır, evləri su basır. Günlərlə, bəzən həftələlərə suyun çəkilməsi ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə, onun yeni rəhbəri Etibar Nəbiyevə çoxsaylı müraciətlər olunsa da, görünən odur ki, başı idarədaxili oyunlara qarışan rəis üçün baş verənlər əhəmiyyətsizdir...".
Xatırladaq ki, bu günlərdə Masazır kənd sakini Əliağa Vahid küçəsində yaşanan rüsvayçı vəziyyətlə bağlı "Tik-Tok"da maraqlı videofakt paylaşıb. O, idarə rəhbərliyinə ittihamlar irəli sürüb.
164 dəfə oxundu