“Azərbaycan Dəmir Yolları” QSC-də yeyinti olub?

“Azərbaycan Dəmir Yolları” QSC-də yeyinti olub?
Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşıma Departamentinin müdiri Emil Əhmədov işdən çıxarılıb. Onun adı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin sabiq rəhbəri Aybəniz İsmayılova ilə bərabər küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə hallanır.

Gundeminfo.az xəbər verir ki, Demokrat.az-a daxil olan məlumata görə, Aybəniz İsmayılova küllü miqdarda dövlət vəsaitini mənimsədiyinə görə barəsində daxili araşdırma başladılıb və o, bu səbəbdən 4 fevral 2025-ci il tarixdə işdən azad olunub.

Aybəniz İsmayılovanın vəzifəsindən sui-istifadə etməklə dostlarını və yaxınlarını “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində işə düzəldəcəyini vəd etməsi iddia olunur. Hətta, iddialara görə, Aybəniz İsmayılovanın həmin şəxslərdən pul aldığı deyilir.

Bundan başqa, Aybəniz İsmayılovanın ADY rəhbərliyi ilə qohumluq əlaqələrindən sui-istifadə edərək, Emil Əhmədovla bərabər “Azərbaycan Dəmir Yolları” QSC-də tenderlərə nəzarət etmək istəməsi iddia olunur.

Sözügedən iddilarla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-ın sorğusuna cavab olaraq açıqlama verilib.

Açıqlamanı təqdim edirik:

“Aybəniz İsmayılova və Emil Əhmədov haqqında qeyd edilənlər cəfəngiyyat olduğu üçün təbii olaraq onlar barəsində tədbir görülməsi barədə yazılanlar da cəfəngiyyatdır”.

“Azərbaycan Dəmir Yolları” QSC Aybəniz İsmayılovanın ADY-də müşavir vəzifəsində çalışmasını təkzib edib:

“Aybəniz İsmayılova ADY-də müşavir vəzifəsində çalışmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...