Sosial Xidmətlər Agentliyinin 10.5 milyonluq tenderi ləğv edildi - əlillərə və şəhid ailələrinə ev verəcəkdi

Sosial Xidmətlər Agentliyinin 10.5 milyonluq tenderi ləğv edildi -
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzilin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 10 490 850 AZN olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...