Yerli qoyunların sayı sürətlə azalır - Xaricdən yüzminlərlə qoyun gətirilir

Yerli qoyunların sayı sürətlə azalır -
Ötən il xaricdən Azərbaycana 181 min 823 baş qoyun gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir baş qoyunun orta gömrük dəyəri 169 manat (99,5 dollar) olub.
Qeyd edək ki, ölkəyə idxal olunan qoyunlar əsasən Gürcüstandan gətirilib. Belə ki, ötən il ərzində Gürcüstandan Azərbaycana 159 min 429 baş qoyun idxal edilib.
Gürcüstandan başqa ötən il Rusiyadan 18 min 110 baş, Qazaxıstandan isə 4 min 284 baş qoyun idxal edilib.
Məlumat üçün bildirək ki, son illər Azərbaycanda qoyunların sayı davamlı olaraq azalır və buna paralel olaraq xarici ölkələrdən yüzminlərlə qoyun idxal olunur.
Aşağıdakı cədvəldə son 6 ildə ölkədəki qoyunların və idxal olunan qoyunların sayı göstərilib:

Yerli qoyunların sayı sürətlə azalır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...