Azərbaycanda PayPal ödəniş sistemi niyə fəaliyyət göstərmir?

Azərbaycanda PayPal ödəniş sistemi niyə fəaliyyət göstərmir?


Bu kifayət qədər ciddi bir məqamdır. Azərbaycan maliyyə bazarının dünya rəqəmsal maliyyə bazarına inteqrasiyası, daha çevik beynəlxalq bank əməliyyatlarının bir parçası olması üçün "PayPal" kifayət qədər vacib bir sistemdir. Lakin Azərbaycanda bu sistem illərdir ki, yerli bank sektoru ilə bir şəkildə dil tapa bilmir.

Dünyanın ən böyük rəqəmsal maliyyə platformasının 2022-ci il üzrə hesabatında qeyd edilir ki, PayPal, 2022-ci ildə 2.419 milyard ABŞ dolları gəlir və 3.837 milyard ABŞ dolları əməliyyat mənfəəti əldə edib.

Hazırda PayPal sistemi rəsmi olaraq Rusiyada fəaliyyət göstərmir. Bir çox Orta Asiya və keçmiş sovet respublikaları , Özbəkistan, Türkmənistan bu sistemə qoşulmayıb.

Çox maraqlıdır ki, Cənubi Qafqazda yalnız ermənistan PayPal sisteminə qoşulub. PayPal saytında dəstəklənən ölkələr siyahısında Gürcüstanın adı yoxdur.

Azərbaycanda oxşar rəqəmsal sistemlər kimi “ApplePay” və “GooglePay” kimi xidmətlər fəaliyyət göstərir. Lakin bu sistemlər üzərindən hansısa əməliyyatlar mümkün olsa da, eyniylə PayPal sistemində olduğu kimi beynəlxalq pulköçürmələr etmək və vəsaitləri nağdlaşdırmaq mümkün deyil.

Düzdür Azərbaycan Mərkəzi Bankı faktiki olaraq PayPal-ın ölkə ərazisində fəaliyyətinə məhdudiyyət qoyamdğını açıqlayıb. Lakin qeyd etdiyimiz kimi vəsaitlərin nağdlaşdırılması faktiki olaraq mümkünsüz olduğuna görə də fiziki və hüquqi şəxslər bu sistemdən yararlana bilmirlər.

Burada mövcud olan problemin yerli bankların PayPala inteqrasiya edə bilmələlri göstərilə bilər. Ara-sıra bəzi yerli banklar bu sistemə keçidə hazırlaşdıqlarını bəyan etsələr də, əslində bu hələ də baş verməyib.

Nəticə etibarilə də Azərbaycan iqtisadiyyatı beynəlxalq ticarət, turzim, valyuta mübadilələrindən əldə edə biləcəyi böyük gəlirləri itirmiş olur.

Lakin ortada olan bəzi mühim məqamlar var.
- Birincisi PayPal-ın tam fəaliyyət göstərməsi üçün ölkədə beynəlxalq ödəniş əməliyyatlarına açıq bir bank sistemi yaradılmalıdır. Azərbaycan Mərkəzi Bankı və digər maliyyə qurumları ölkədən kapital axınının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Ona görə valyuta çıxışı və girişinə nəzarət daha sərtdir.
- İkincisi PayPal-ın Azərbaycanda işləməsi üçün yerli maliyyə qanunlarına uyğunlaşması və lisenziya alması tələb olunur.
Azərbaycanda elektron ödəniş sistemləri əsasən yerli operatorlar tərəfindən tənzimlənir və PayPal kimi xarici platformalar üçün əlavə tənzimləyici maneələr yaranır.
- Üçüncüsü PayPal-ın Azərbaycanda fəaliyyət göstərməsi üçün yerli vergi və maliyyə qaydalarına uyğun olması lazımdır. Azərbaycan hökuməti elektron ticarət əməliyyatlarının tam şəffaf olmasını istəyir, bu da PayPal üçün əlavə çətinliklər yaradır. Yəni şəffaflıqla bağlı tələblər çox sərtdir.

Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...