18 277 adda rusca, cəmi 3 432 adda azərbaycanca kitab… – İlqar Məmmədovdan maraqlı paylaşım

18 277 adda rusca, cəmi 3 432 adda azərbaycanca kitab… –
“Bakı Kitab Mərkəzinin saytında bölmələr üzrə satışda 18 277 adda rusca və cəmi 3 432 adda azərbaycanca kitabın olduğunu görmək mümkündür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə REAL Partiyasının sabiq sədri İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
İlqar Məmmədov oxşar vəziyyətin Libraff mağazalarında da müşahidə olunduğunu qeyd edib: “Orada satışda 8 544 adda rusca, 2 448 adda azərbaycanca kitab var. Hələ orijinal məzmun, çeşid, eləcə də tərcümə keyfiyyəti mövzularına toxunmuram. Sonra isə valideynlərin uşaqlarına xarici dillərdə orta təhsil verməsinə etiraz edirsiniz. Valideyn övladının dünya bilik hovuzuna daxil olub orada üzməsini istəyər. Hansı dil bunu daha çox mümkün edirsə, onu da seçir. 32 il ərzində YAP hökuməti bu durumu dəyişdirməyi bacarmadı. Öz dilimizdə satılan kitabların sayı yalnız hüquq bölməsində daha çoxdur. O da ona görə ki, hamı prokuror olub, uniforma geyinib həmvətəni ilə məmur hərbə-zorbası dilində danışmağa həvəsləndirilib”.
İlqar Məmmədovun paylaşdığı bölmələr üzrə kitab sayı:
Bədii ədəbiyyat
- Rusca – 8 544
- Azərbaycanca – 1 824
- Türkcə – 1 080
Uşaq ədəbiyyatı
- Rusca – 4 752
- Azərbaycanca – 888
- Türkcə – 120
Psixologiya
- Rusca – 1 464
- Azərbaycanca – 144
- Türkcə – 174
İncəsənət
- Rusca – 912
- Azərbaycanca – 96
- Türkcə – 48
Tədris
- Rusca – 840
- Azərbaycanca – 192
- Türkcə – 96
Biznes və iqtisadiyyat
- Rusca – 360
- Azərbaycanca – 48
- Türkcə – 35
Tarix
- Rusca – 312
- Azərbaycanca – 120
- Türkcə – 72
Fəlsəfə
- Rusca – 312
- Azərbaycanca – 35
- Türkcə – 22
Mətbəx
- Rusca – 288
- Azərbaycanca – 3
- Türkcə – 22
Tibb
- Rusca – 240
- Azərbaycanca – 15
- Türkcə – 16
İnformasiya texnologiyaları
- Rusca – 72
- Azərbaycanca – 10
- Türkcə – 168
İdman
- Rusca – 126
- Azərbaycanca – 3
- Türkcə – 2
Turizm
- Rusca – 52
- Azərbaycanca – 6
- Türkcə – 2
Hüquq
- Rusca – 3
- Azərbaycanca – 48
- Türkcə – 0



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...