Əhaliyə ŞAD XƏBƏR – Yeni doğulan körpələrə verilən müavinət ARTIRILACAQ
Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir.
Bildiyimiz kimi, bəzi təqaüd və müavinətlər birbaşa minimum əməkhaqqı və minimum pensiya məbləğindən asılı olaraq dəyişir. Buna vəfat edən şəxsin yaxınlarına verilən dəfn pulu da aiddir. Yəni vəfat edən təqaüdçünün yaxınlarına əmək pensiyanın minimum məbləğinin üç misli qədər müavinət verilir. Yanvarda minimum əmək pensiyası 280 manatdan 320 manata qədər artırıldığı üçün, vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ də 840 manatdan 960 manatadək artıb.
Cəmiyyətdə isə vəfat edən şəxsə görə verilən müavinət artdığı halda, yeni doğulanlara görə verilən birdəfəlik müavinətin niyə artılmadığı müzakirə olunur.
Hazırda bu müavinətin məbləği 500 manatdır.
Gundeminfo.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiyadan asılı olmayan müavinətlərin də artırılacağı gözləniləndir:
“Vəfat edən təqaüdçülərə görə dəfn pulunun artırılması birbaşa minimum pensiyanın artırılması ilə bağlı oldu. Çünki həmin məbləğ minimum pensiyanın üç misli həcmindədir. Yəni minimum pensiya artan zaman avtomatik olaraq həmin məbləğ də artır. Amma digər müavinətlər minimum əməkhaqqı, o cümlədən, minimum pensiyaya bağlı deyillər. Bir sıra müavinətlər minimum əməkhaqqına bağlıdır, bəziləri isə birdəfəlik müəyyənləşib.
Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda sosial müavinətlər və təqaüdlərin artırılması nəzərdə tutulub. Bununla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verildi.Artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunub”.
Deputatın sözlərinə görə, yaxın vaxtlarda sosial müavinətlər və təqaüdlərin artırılması baş verəcək:
“Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra hansı müavinətlərin, uşağın doğulmasına görə verilən müavinətin də artıb artmamasını müəyyənləşdirmək mümkün olacaq. Hələlik sərəncama uyğun olaraq sosial müavinətlər və təqaüdlərin artırılcağı gözlənilir. Hansı müavinətlərdə artımların olması isə sənəd imzalandıqdan sonra bəlli olacaq”.
84 dəfə oxundu