İkinci əl avtomobillərin qiyməti ARTACAQ: Bu tarixdən...

İkinci əl avtomobillərin qiyməti ARTACAQ:
"2026-cı il yanvarın 1-də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər başa çatır. Bunun uzadılıb-uzadılmaması ilə bağlı sözsüz ki, aidiyyəti qurumlar qərar verəcək. Yəqin ki, yekun hesablamalar, maliyyə hesabatları aparılacaq. Məsələnin avtomobil bazarında qiymətlərə təsiri ola bilər. İndi bilirsiniz ki, bazar özü tənzimlənir. İkinci əl avtomobillərin qiymətləri əvvəl süni şəkildə şişirdilmiş formada idi. Amma bu ekoloji təmiz nəqliyyat vasitələrinə olan maraqdan sonra, yaşı 10 ildən yuxarı olan, mühərrik həcmi böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə etdik".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib.

O bildirib ki, əslində, bu avtomobillər real bazar qiymətinə satılırdı, yəni bazar özü qiyməti tənzimləyirdi:

"Amma yəqin ki, bu güzəşt uzadılmasa, köhnə, ikinci əl avtomobillərin də qiymətinin yenidən qalxmasına səbəb olacaq. İkinci əl avtomobillərin əksəriyyəti dizel və benzin avtomobillərdir. Aidiyyatı qurumlar hesablamaları bitirdikdən sonra ölkəmiz üçün hansı daha məqsədəuyğundursa, onu seçəcəklər. Ümid edirəm ki, gələcəkdə veriləcək qərardan asılı olmayaraq, biz avtomobil parkının yenilənməsi istiqamətində işləri əvvəlki kimi davam etdirəcəyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...