"Ziyəddinin qabırğası müayinə üçün götürülüb" - Rusiyadan absurd açıqlama

"Ziyəddinin qabırğası müayinə üçün götürülüb" -
Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində öldürdüyü Səfərov Ziyəddinin meyiti müayinə edilib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov ekspertiziyanın nəticələri ilə bağlı danışarkən bildirib ki, Z.Səfərovun qabırğasının biri olmayıb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya tibb dairələrindəki mənbə yerli KİV-ə açıqlayıb. O, Ziyəddinin qabırğasının histoloji müayinə üçün götürüldüyünü deyib: "Ziyəddinin qabırğasının bir hissəsi histoloji müayinə üçün götürülüb. Bu, standart tibbi prosedurdur, müəyyən toxuma və ya orqan parçaları götürülür və bunu bütün patoloqlar bilir. Qəribədir ki, bu, mediada normadan kənara çıxıb, sanki dəhşətli bir hadisə baş verib və kimsə bu qabırğanı oğurlayıb. Bu, tamamilə cəfəngiyyatdır. Hüseyndəki vəziyyətlə bağlı da bu, adi vəziyyətdir. Ürək masajı zamanı sinə kompressiyaları aparıldıqda, qabırğalar tez-tez belə qırılır - bu, ölümə səbəb ola bilməz".

Xatırladaq ki, baş direktor Ədalət Həsənov Rusiya tərəfinin belə bir bəyanatla çıxış edəcəyi ehtimalını dünən açıqlamışdı: "Meyitin müayinəsi əsasında onlar ölüm haqqında tibbi şəhadətnaməni yazıblar. Bir dəfə məhkəmə ekspertizasında müayinə edilmiş meyitin ikinci dəfə müayinəsi çox çətindir. “Çünki meyit müayinə olunub, bütün orqanları kəsilib və təhlil edilib. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...