Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ

Gundeminfo.az-ın Modern.az-a istinadən məlumatına görə, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilib.
Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib.
Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.
Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.
Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - açıqlamada bildirilir
61 dəfə oxundu