Şəhidləri təhqir edən ərəblər hansı ölkənin vətəndaşlarıdır?

Şəhidləri təhqir edən ərəblər hansı ölkənin vətəndaşlarıdır?
Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist barəsində cinayət işi başlanılıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, həmin şəxslər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, onlar avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olublar. Lakin çəkdikləri videonu sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hər üç nəfər saxlanılıb və istintaqa cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...