“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Məlum olduğu kimi, dünən “Apple” şirkəti “iPhone 17” smartfonlarının rəsmi təqdimatını keçirib və ABŞ bazarı üçün satış qiymətini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, yeni smartfonların pərakəndə satışlarına sentyabr ayının 19-dan etibarən başlanılacaq. İlkin sifarişlər isə 12 sentyabr tarixindən qəbul olunacaq.
Məlumat üçün bildirək ki, “iPhone 17” smartfonlarının ABŞ bazarı üçün qiymətləri aşağıdakı kimi müəyyən olunub:
“iPhone 17” – 799 dollar (təxminən 1 350 AZN);
“iPhone 17 Air” – 999 dollar (təxminən 1 700 AZN);
“iPhone 17 Pro” – 1 099 dollar (təxminən 1 870 AZN);
“iPhone 17 Pro Max” – 1 199 dollar (təxminən 2 040 AZN).
Onu da qeyd edək ki, “iPhone 17” smartfonlarının ABŞ-də satışına 10 gündən sonra başlanılacağı bildirilsə də, artıq Azərbaycanda müxtəlif elan saytlarında “iPhone 17”nin satışı ilə bağlı sifariş qəbulu başlayıb.
Məsələn, ölkənin aparıcı elan saytlarının birində – “tap.az”da “AlmaCenterBaku” adlı mağazalar şəbəkəsi tərəfindən “iPhone 17”nin satışı ilə bağlı elan yerləşdirilib.
Elanda bildirilir ki, “iPhone 17” modellərinin sifarişi qəbul olunur və telefonlar sentyabr ayının ortalarına qədər müştəriyə təslim ediləcək. Elanda “iPhone 17 Pro”nun satış qiyməti 4 199 manat göstərilib.
48 dəfə oxundu