Yasamalda beton zavodun səs-küyündən şikayət - VİDEO

Yasamalda beton zavodun səs-küyündən şikayət -
Toz dumana qarışır, kimisi səs-küydən rahatlığını itirib, kimisi də havasızlıqdan... Nə pəncərə aça bilirlər, nə də qapı... Betonqarışdıran maşınların səsi, gecədən səhərədək toz-torpaq...

Xezerxeber.az-ın xəbərinə görə, Yasamal rayonu qanlı göl adlanan ərazidə yaşayan sakinlər iddia edir ki, yaşadıqları binanın yanındə fəaliyyət göstərən beton zavodunun ucbatından təmiz havaya həsrət qalıblar.

Beton məhsullarının istehsalı və satışı ilə məşğul olan “Mia Global” MMC dən sorğumuza cavab olaraq bildirldi ki, müəssisə 2015-ci ildən Yasamal rayonu Qanlı göl ərazsində fəaliyyət göstərir. Müəssisədə iş saat gecə saat 00:00-dan sonra, sakinlərin istirahət hüququnun pozulmaması məqsədilə səs-küyə səbəb olmadan, qrafikə uyğun və nəzərdə tutulmuş texniki tələblərə əsasən aparılır.

Dövlət Ekoloji Ekpertiza Agentliyindən isə bildirldi ki, müəssisə "Ekoloji Pastort"əsasında fəaliyyət göstərir. Ekoloji tələblərə ciddi riayət olunması da hər müəssisənin qarşısında qoyulmuş əsas şərtdir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...