Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq?

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kim olacaq?Bir neçə gün öncə Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən azad edildilər. Bu, Təhsil naziri Emin Əmrullayevin təhsil sahəsində islahatları kimi qiymətləndirilə bilərdi. Lakin son günlər Peşə Mərkəzlərində və məktəblərdə aparılan yoxlamalar ciddi problemlərin mövcud olduğunu göstərir.

"Bizimxeber"in məlumatlara görə, Ceyhun Kərəmovun fəaliyyəti artıq yoxlanılır, eyni zamanda onlarla peşə məktəbində audit yoxlamalar başlayıb. Bu, onun işində müəyyən nöqsanların olduğunu göstərir.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru postu uğrunda ciddi mübarizə gedir. Bu vəzifəyə təyinat üçün müxtəlif komandalar öz namizədlərini irəli sürürlər. Onlardan biri, keçmiş müavini və hazırda direktor vəzifəsini müvəqqəti icra edən Simnar Məmmədovdur.

Məlumatlara görə, Simnar Məmmədov bu vəzifəyə təyin olunmaq üçün aktiv çalışır. Lakin onun təcrübəsi azdır və peşə təhsili sistemində nüfuzu yüksək deyil. Onun təyinatı sistemdə əlavə problemlər yarada bilər.

Digər bir namizəd isə Peşə Mərkəzlərinin birinin rəhbəridir və onun Təhsil naziri Emin Əmrullayevlə yaxın münasibətdə olduğu bildirilir. Bu da post uğrunda mübarizənin daha mürəkkəb olduğunu göstərir.

Beləliklə, Ceyhun Kərəmovun vəzifədən azad edilməsinin səbəbləri rəsmi açıqlanmasa da, vəzifə uğrunda mübarizə açıq şəkildə davam edir. Maraqlıdır, Emin Əmrullayev bu postu kimə həvalə edəcək? Keçmiş müavin Simnar Məmmədova, yaxın əlaqəsi olan Peşə Mərkəzi rəhbərinə, yoxsa peşə təhsilini islah etmək, təmizləmək və inkişaf etdirmək üçün daha təcrübəli və peşəkar kadrı seçəcək?

More Cool Stuff



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...