“Mehdiyev işi”: insanları şoka salacaq məlumatlar gəlir

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev həbs edilib. O uzun müddətdir, Rusiyanın ölkəmizdəki əsas adamı hesab olunurdu.

Ramiz Mehdiyevdən sonra onun “vəzifəsini” kim tuta bilər? Rusiya tərəfi bununla bağlı hansısa addımları atacaqmı? Moskvanın Azərbaycanda yeni agentura şəbəkəsi yaratması mümkündür? Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Rusiya dairələrində Ramiz Mehdievə xüsusi hörmət var idi:

“Lakin bundan sonra ona ehtiyac olmayacaq. Rusiyanın belə yaşlı bir şəxslə bağlı addım atmasına nə ehtiyac var?
“Mehdiyev işi”: insanları şoka salacaq məlumatlar gəlir
Məncə, çox sayda, insanları şoka sala biləcək informasiyalar üzə çıxacaq. Bu, bir şəxsin edə biləcəyi əməllər deyil.

İstəyirəm ki, Azərbaycanda toxunulmaz hesab edilən bəzi məmurlar, nazirlər, biznesmenlər Mehdiyevin timsalında vəziyyəti düzgün analiz etsinlər. Onlar da bənzər taleni yaşaya bilərlər.

Ramiz Mehdiyev hadisəsi bir daha göstərir ki, Azərbaycanda heç kəs toxunulmaz deyil, qanun qarşısında hamı hesabat verməlidir. Bu mövzuda adı çəkilən şəxslər təkcə Ramiz Mehdiyevə bağlı olmayan, daha geniş maraqları olan şəxslərdir. Məsələn, Əli Həsənovun və digər şəxslərin adları hallanır”.

Ekspert deyib ki, son günlər Rusiya tərəfi xeyli fəallaşıb:

“Məsələn, Prezident İlham Əliyevin Vladimir Putini ad günü münasibətilə təbrik etməsindən və onların Düşənbədəki görüşündən sonra Rusiya Bakıdakı şəbəkəsini – “Rus evini”n fəaliyyətini bərpa etmək məsələsini gündəmə gətirir. Fikrimcə, buna qətiyyən yol vermək olmaz.

Bu gün Rusiya həm ölkə daxilində, həm də xaricdə öz agent şəbəkələrindən fəal şəkildə istifadə edir. Azərbaycanda da müəyyən şəxslər var ki, Rusiyanın təbliğatını və narrativlərini burada yaymağa çalışırlar. Əlbəttə, Rusiya bu gün də, sabah da iradə baxımından zəif insanlardan faydalanmağa çalışacaq.

Bu səbəbdən Rusiyanın Ramiz Mehdiyevlə bağlı hər hansı addım atacağını gözləmirəm. Mehdiyevdən daha gənc, daha perspektivli, amma təsir altına düşə biləcək şəxslər tapmaq Rusiyaya çətin olmaz. Lakin düşünürəm ki, təhlükəsizlik orqanlarımız xoşagəlməz proseslərin qarşısını alacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...