Fərhad Əhmədov Azərbaycanda ifadə verdi - “Bu pulu niyə qaytarmırsınız?”

Fərhad Əhmədov Azərbaycanda ifadə verdi -Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda cinayət işi üzrə əsas şahid qismində tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov ifadə verib.

Məhkəmədəki ifadəsində Fərhad Əhmədov təqsirləndirilən Anass Derrazı tanıdığını söyləyib.
Fərhad Əhmədov Azərbaycanda ifadə verdi -
Fotoda:Anass Derraz
“Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı.

Onun köməyi ilə beynəlxalq imkanlardan istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər.

Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 mini Aleksandr Benallanın, 200 mini isə Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər.”
Fərhad Əhmədovun sözlərinə görə, sonradan DTX-də Anass Derrazın ifadəsi alınıb. O da izahat verib:

“Burada dələduzluq, aldatma var. Başqa cür desəm, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı, deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır.

Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsınız?”

Tərəflərin suallarını cavablandıran Əhmədov yalnız Derraz ilə söhbət etdiyini, Aleksandr Benalla ilə əlaqəsi olmadığını deyib:

“Benalla ilə görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm.”

Tanınmış milyarder ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edib. Əlavə olaraq, ona qarşı dəymiş ziyanın ödənilmədiyini bəyan edib. Proses gələn ay növbəti şahidlərin ifadəsi ilə davam edəcək.


Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla ilə birgə Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemində hallanır. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsi məsələsinin həlli müqabilində külli miqdarda rüşvət alıblar. İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar Derrazın “Al Hilal Bank”dakı, Benallanın isə “Bank of Africa United Kingdom”dakı hesablarına yatırılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...