Vüsal Aslanov rəisi işdən çıxardı - 7 ay əvvəl vəzifəyə təyin olunmuşdu

Vüsal Aslanov rəisi işdən çıxardı - "Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.

Qeyd edək ki, Aqil Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

QSC-dən saytımıza bildirilib ki, Aqil Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatıradaq ki, son aylar Vüsal Aslanov tərəfindən "Bakı Metropoliteni" QSC-yə təyin olunan xeyli sayda vəzifəli şəxs bir neçə ay qurumda çalışdıqdan sonra öz istəyi ilə vəzifələrindən azad olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...