İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli kərə yağının ixrac qiymətinin daxili bazara nisbətən aşağı olması səbəblərindən danışarkən deyib.
Ekspert əlavə edib ki, bu fərqin digər tərəfi isə yağ istehsalının Azərbaycanda həyata keçirilməməsi ilə bağlıdır:
“Biz kərə yağı istehsal etmirik. Məsələn, şirkət hər hansı ölkədən yağ alır, onu Azərbaycanda qablaşdırır və satışa çıxarır. Ola bilər ki, yağ aldığımız şirkətlərin tələblərindən biri budur ki, qablaşdırdıqdan sonra məhsulun müəyyən hissəsi yenidən həmin ölkəyə geri satılsın. Bu, tamamilə biznes yanaşmasıdır. Burada hansısa gizli niyyət və ya fərqli məqsəd axtarmağa ehtiyac yoxdur. Sadəcə, daxili bazarda satıla biləcək məhsulun ixracı şirkət üçün daha gəlirli və iqtisadi cəhətdən əsaslandırılmış addımdır”.
Qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 3 719 ton kərə yağı ixrac edib. Məhsulun ixracından 25,9 milyon ABŞ dolları gəlir əldə olunub. Ən çox kərə yağı Rusiyaya satılıb (3 377 ton), hər kiloqram üçün orta qiymət isə 11,88 manat təşkil edib. Ən aşağı ixrac qiyməti Türkmənistana (9,91 manat), ən yüksək qiymət isə İraqa (17,71 manat) olub.
26 dəfə oxundu










