Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar: MTK binanı niyə təhvil vermir?

Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar:Baku TV-nin "qaynar xətti"nə müraciət edən Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin "Olympus" MTK-dan narazılıqlarını bildirib.

Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib.

Sakinlərdən biri vəziyyəti belə təsvir edib:

"Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur".

Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib:

"Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq".

Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib:

"Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək".

Daha ətraflı videomaterialda:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...